Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə (SƏTƏM) siyasətimiz yerli tənzimləmə tələblərindən asılı olmayaraq, mühafizə etmək əzmində olduğumuz aktivlər və hər bir layihəmiz üçün minimum ekoloji standartların müəyyən edilməsini tələb edir.
Nobel Energy şirkəti iqlim dəyişikliyinə qarşı mübarizəni və BMT-nin ümumi qlobal istiləşmənin 2 dərəcədən aşağı səviyyəyə qədər məhdudlaşdırılmasına yönəldilmiş iqlim dəyişikliyi haqqında Paris sazişini dəstəkləyir. Biz başa düşürük ki, bu məqsədə nail olmaq üçün məsuliyyət yalnız dövlətlərin deyil, həm də özəl sektorun və vətəndaş cəmiyyətlərinin üzərinə düşür.